Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb. Belə ki, iki "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.