Misli Premyer Liqasının IX turunda daha bir görüş baş tutub.
Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.
Meydan sahiblərinin heyətində Dioqo Almeyda (17) və Seyxan Fərəcov (90+2-p.) fərqləniblər. "Şamaxı"nın yeganə qolunu isə 65-ci dəqiqədə Abdullahi Şuaybu rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "İmişli" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1. 09:48
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.
Günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.
Günün son görüşündə isə "Sabah" "Sabah Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.
Misli Premyer Liqası
IX tur
25 oktyabr
15:00. "İmişli" - "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu.
18:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Sabah Arena".
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.