Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.