Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
News365.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu da bu günə təsadüf edir.
Hazırda “Sabah” 19 xalla lider, “Qarabağ” isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.
25 oktyabr (bazar)
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan. “Dalğa Arena”.