Professor Arif Əfəndiyev vəfat etdi

Professor Arif Əfəndiyev vəfat etdi
30 Okt 2026 23:00

Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.

News365.az xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.

O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub.


Sizin reklam burada
Sizin reklam burada