Rəsul məhkəməyə üz tutdu - Rədd cavabı aldı

Rəsul məhkəməyə üz tutdu - Rədd cavabı aldı
16:48

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkum edilən Rəsul Rəsulov məhkəməyə müraciət edib.

News365.az xəbər verir ki, klubun administratoru olmuş Rəsul vaxtından əvvəl şərti azad olmaq istəyir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 5 illik həbs müddətinin yarıdan çoxunu çəkdiyini əsas gətirərək qalan 1 il 2 ayından azad edilməsini xahiş edib.

Məhkəmə ərizəni rədd edib. R.Rəsulovun eyni yerdə cəza çəkməsinin davamına qərar verilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.

Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl Orxan vaxtından 2 ay əvvəl şərti olaraq azad edilib.


Sizin reklam burada
Sizin reklam burada