Şah Təhmasibin Tehranda tikdirdiyi sarayın İsrailin hücumundan sonrakı vəziyyəti – FOTOLAR

Şah Təhmasibin Tehranda tikdirdiyi sarayın İsrailin hücumundan sonrakı vəziyyəti – FOTOLAR
12:07

Martın 2-də İsrailin Tehrana zərbələri nəticəsində 2013-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahsına salınmış Gülüstan sarayı da zərər görüb. 

News365.az xəbər verir ki, raketlərdən biri XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilmiş və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunmuş Sarayın yaxınlığına düşüb.

Hazırda muzey kimi fəaliyyət göstərən Saraya nəticədə ciddi ziyan dəyib. Bununla əlaqədar UNESCO bəyanat yayıb.

Gülüstan Sarayının raket zərbəsindən sonrakı fotolarını təqdim edirik.



Sizin reklam burada
Sizin reklam burada