Türkiyənin Muğla vilayətində "Delik Dede" qəbiristanlığı kimi tanınan
müqəddəs ərazidə iki əsrlik tarixi olan 19 deşikli nəzir daşı oğurlanıb.
News365.az xəbər verir ki, bölgənin bələdiyyə başçısı Şener Baykara daşın onlar
üçün böyük mənəvi dəyəri olduğunu bildirib. Bələdiyyə sədri deyib ki, daşı
götürən şəxs onu idarəyə və ya şəxsən onun özünə qaytararsa, heç bir şikayət edilməyəcək.
Heç bir qanuni tədbir görülməyəcək, sadəcə olaraq daşımızı geri qaytardığı
üçün ona təşəkkür ediləcək.