10 yaşında olarkən “5 ayda 250 kitab oxudum” açıqlaması ilə böyük maraq doğuran və bir müddət internetdə ən çox axtarılan adlardan birinə çevrilən, “Filosof Atakan” adı ilə tanınmış Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib.
News365.az xəbər verir ki, onun son görüntüsü sosial şəbəkələrdə paylaşdığı video vasitəsilə diqqət çəkib.
Saçlarını uzatdığı və görünüşünün xeyli dəyişdiyi müşahidə olunan Kayalar, yaxın zamanda şəxsi hesabı üzərindən mütəmadi olaraq məzmun istehsal etməyə başlayacağını açıqlayıb.