Rəsmi iş yeri olanlar, diqqət! - Hərbi xidmətlə bağlı QƏRAR AÇIQLANDI

Rəsmi iş yeri olanlar, diqqət! - Hərbi xidmətlə bağlı QƏRAR AÇIQLANDI
11:50

Rəsmi iş yeri olan vətəndaşların doktorantura təhsili aldığı halda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olub-olmamasına aydınlıq gətirilib.

News365.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.


Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, doktoranturada təhsil əyani və qiyabi formalarda həyata keçirilir.

Əyani təhsilalma forması istehsalatdan ayrılmaqla, qiyabi forma isə istehsalatdan ayrılmamaqla həyata keçirilir. Bu baxımdan, doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan, yəni iş yerindən ayrılmaqla təhsil ala bilər.

Həmçinin bildirilib ki, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.

Beləliklə, rəsmi iş yerinin olması əyani doktorantura təhsili alan şəxsin qanunla nəzərdə tutulan hərbi möhlət hüququna maneə yaratmır.


Sizin reklam burada
Sizin reklam burada