O bildiirb ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç vaxt müraciəti olmayıb: "Vətəndaşa dair forma 88 sənədi tibb müəssisəsi tərəfindən yalnız dünən - oktyabrın 12-də elektron sistemə daxil edilib. Elə həmin tarixdən qanunvericiliyə uyğun olaraq vətəndaşa müddətsiz əlillik təyinatı aparılıb".
Xatırladaq ki, Xəzər TV Astara rayonu Şiyəkəran kənd sakini S. Əhədovla bağlı reportaj hazırlayıb. Reportajda 43 yaşlı şəxsin 5 ildir yataq xəstəsi olmasına baxmayaraq əlilliklə bağlı pensiya ala bilmədiyi qeyd edilib. Belə ki, S. Əhədovun sol əli və ayağının iflic olduğu və hərəkət edə bilmədiyi, bundan əlavə, baş nahiyəsində 18 santimetrlik şişin olduğu və bu səbəbdən görmə və eşitmə qabiliyyətini itirdiyi bildirilib.