Rəşad Əzizov: Hazırda 10 tammetrajlı bədii film istehsal olunur

Rəşad Əzizov: Hazırda 10 tammetrajlı bədii film istehsal olunur
19:20

Hazırda 10 tammetrajlı bədii film istehsal olunur. 

News365.az xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, onlardan beşi artıq təhvil verilib, bəziləri kinoteatrlarda nümayiş olunur, bir neçəsi isə yaxın günlərdə və aylarda geniş tamaşaçı auditoriyasına təqdim ediləcək:

"Ən maraqlı hadisələrdən biri də xarici istehsalçıların Azərbaycana artan marağıdır. Artıq böyük Hollivud layihələri də ölkəmizə gəlir. Ümid edirik ki, bu dinamika davam edəcək. Bunun üçün əsas vəzifəmiz birlik nümayiş etdirmək, bütün tərəflərin bir araya gələrək kino istehsalının inkişafına töhfə verməsidir. Bəzi filmlər gəlir gətirir, bəziləri isə ola bilsin ki, maliyyə baxımından özünü tam doğrultmur. Burada tamaşaçının marağından çox şey asılıdır.

Biz ilk növbədə Azərbaycan tamaşaçısında kinoteatra getmək mədəniyyətini yenidən bərpa etməliyik. Bu halda sırf yerli bazara fokuslanan kino sənayemiz də inkişaf edəcək.

Eyni zamanda Azərbaycan kinosu təkcə daxili bazara deyil, regional bazara da yönəlməlidir. Çünki 10 milyonluq yerli tamaşaçı auditoriyası ilə yanaşı, 200 milyonluq türkdilli ölkələr bazarı da bizim üçün böyük potensiala malikdir və hazırda bu istiqamət prioritet hesab olunur".


Sizin reklam burada
Sizin reklam burada