Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti qurultayının keçiriləcəyi yer məlum olub.
Bunu Əli İsa Cabbarov bildirib. O qeyd edib ki, qurultay Landmark otelin Rotunda zalında 26 may saat 14.00 da keçiriləcək. Ətraflı Tədbirə əlavə qonaq çağrılmayacaq:
"Tədbirdə ancaq üzvlərin iştirakı planlanır. Tədbir mətbuat üçün açıq olacaq".
Xatırladaq ki, 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev 2026-cı il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Bu səbəblə AKİ-nin sədirlik postuna yeni namizəd seçiləcək.
Sədr postuna iki namizəd olduğu qeyd edilir. Onlardan biri 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri edən Xalq artisti Şəfiqə Məmmədova, digəri isə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovdur. /// Modern.az