Ramiz Mehdiyevin komandasında daha bir həbs: Köməkçisi saxlanıldı

Ramiz Mehdiyevin komandasında daha bir həbs: Köməkçisi saxlanıldı
12:02

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib.

News365.az xəbər verir ki,  Səbail Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.

Qeyd edək ki, bu barədə ilk məlumatı Manset.az saytı yayıb. Qeyd edilib ki, AMEA katibliyinin keçmiş rəisi Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. ///qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada