Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
18 Dek 2025 23:00

Sabah Sabunçu, Xətai, Binəqədi və Nərimanov rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə News365.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, Pirşağı qəsəbəsinin, Nərimanov rayonu, Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F. Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z. Yusifzadə küçələrinin, Xətai rayonu, M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonu, Xocahəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Məhdudiyyətlər aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.



Sizin reklam burada
Sizin reklam burada