Qaxda avtomobil vuran piyada ölüb.
News365.az xəbər verir ki, bu gün saat 14 radələrində Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.