Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
News365.az xəbər verir ki, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.
Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.
***
Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bunu MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O qeyd edib ki, yaxın günlərdə MSK-nın iclasında bu məsələyə baxılıb, qərar veriləcək.
Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.