Qurumlar arasında anlaşılmazlıq buna səbəb olmamalıdır

Qurumlar arasında anlaşılmazlıq buna səbəb olmamalıdır
20:00

Mingəçevir rayonunda bu ilin may ayının əvvəlindən iki köçkün qəsəbəsində fəaliyyət göstərən dörd məktəb, iki uşaq bağçası və bir tibb müəssisəsində su kəsilib. 


News365.az xəbər verir ki, bu  barədə Kəlbəcər rayon 35 saylı məktəbin müəllimi, teleaparıcı İnqilab Şirinli “Tiktok”da paylaşım edib. 


O, bildirib ki, 6 aya yaxın zaman keçməsinə baxmayaraq sözügedən müəssisələrin su təhcizatı bərpa edilməyib:


“Mən Elm və Təhsil Nazirliyinə müraciət edirəm. MÜTDA və Qarabağ Regional Təhsil İdarəsi addım atmayıb. Dövlət Su Agentliyindən bildirilib ki, bütün hüquqi proseslər yerinə yetirilib, sənədləşmə başa çatıb. Məktıb Qarabağ Regional Təhsil İdarəsinin balansındadır. İdarə öhdəsinə düşən işləri yerinə yetirməlidir”.


İnqilab Şirinli bildirib ki, su olmadığı üçün orada çalışan şəxslər öz evlərindən gətirir:


“Payız aylarıdır. İnfeksion xəstəliklər yayılır. Bununla bağlı xəbərdarlıqlar da edilib. Lakin həmin müəssisələrdə sanitar qovşaqlar belə evdən gətirilən sularıa təmin olunur. Bu uşaqların, sakinlərin hüquqlarının pozlulmasıdır.  MÜTDA və Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi uşaqların hüququnu pozmamalıdır. Qurumlar arasında anlaşılmazlıq buna səbəb olmamalıdır. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi bu problemin aradan qaldırılması istiqamətində işlər görəcək”.


“Dövlət qurumlarında elə fikir yaranıb ki, bir problemi işıqlandırlanda siyasi don geyindirilir. Mən 1996-cı ildən YAP üzvüyəm. Hər zaman dövlətçiliyə xidmət etmişəm”,-deyə əlavə edib. 


Sizin reklam burada
Sizin reklam burada