Qonşular arasında dava: Bıçaqlanan var

Qonşular arasında dava: Bıçaqlanan var
24 Apr 2026 23:40

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırlıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada