63 yaşlı kişinin meyiti su kanalından tapıldı

63 yaşlı kişinin meyiti su kanalından tapıldı
07 İyn 2026 21:47

Ağdaşda 63 yaşlı kişinin meyiti su kanalından tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Gündüz Mustafayev su kanalında ölü vəziyyətdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada