Alimlər öz növünü ovlayan yeni mikrob növü aşkar ediblər

Alimlər öz növünü ovlayan yeni mikrob növü aşkar ediblər
08 İyn 2026 23:00

Öz növünü ovlayan yeni mikrob növü aşkar edilib.

News365.az xəbər verir ki, alimlər öz növünün nümayəndələrini ovlamaq qabiliyyətinə malik qeyri-adi mikrob növü aşkar ediblər.

“Euplotes gigatrox” adlandırılan yeni protozoa növünün ovdan sonra ölçüsünü, formasını və davranışlarını dəyişdiyi müəyyən olunub. Tədqiqatçılar bunun təkhüceyrəli canlılar arasında indiyədək müşahidə edilməmiş bir xüsusiyyət olduğunu bildirirlər.

Araşdırma zamanı mikrob Karib dənizindəki Curaçao adasında yerləşən dəniz suyu filtrasiya sistemində aşkarlanıb.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf təkhüceyrəli orqanizmlərin davranış və uyğunlaşma imkanları ilə bağlı yeni elmi suallar ortaya çıxaracaq.



Sizin reklam burada
Sizin reklam burada