Türkiyədə rezonans doğuran narkotik əməliyyatı: Tanınmış şəxslərin test nəticələri bilindi

Türkiyədə rezonans doğuran narkotik əməliyyatı: Tanınmış şəxslərin test nəticələri bilindi
08 İyn 2026 22:41

Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərlə bağlı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan yeddi nəfərin narkotik testlərinin nəticələri müsbət çıxıb.

News365.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 

İstintaq çərçivəsində Məhkəmə Tibbi Ekspertiza İdarəsində qan, saç və sidik nümunələri təqdim edən Mabel Matiz ləqəbi ilə tanınan Fatih Karaca, Tarık Tunca Bakır, Aycan Yağcı, Eda Dora, Aslıhan Turanlı, Volkan Bahçekapılı və Yasemin İkbalın orqanizmində kokain maddəsi aşkar edilib.


Sizin reklam burada
Sizin reklam burada