Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb
19:49

Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.

News365.az yerli mediaya istinadən xəbər verir ki, 10 mindən çox seçki məntəqəsi bağlanıb, səslərin sayılmasına başlanılıb.

Xaricdə bir sıra seçki məntəqələrinin işi davam edir. Onların respublikanın diplomatik nümayəndəliklərinin ərazisində yerli vaxtla saat 20:00-dək işlərini yekunlaşdıracaqları gözlənilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Astana vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 17:00-a) qədər seçkilərdə seçicilərin 72,15 %-i iştirak edib ki, bu da 2023-cü il parlament seçkilərinin nəticəsindən yüksəkdir - o zaman səsverməyə seçicilərin 54,21 %-i qatılmışdı.

Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.



Sizin reklam burada
Sizin reklam burada