Paşinyan və Vladimir Putin arasında telefon danışığı olub

Paşinyan və  Vladimir Putin arasında telefon danışığı olub
14:15

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

News365.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb.

Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.


Sizin reklam burada
Sizin reklam burada