Qazaxda güclü qar fəsadlara səbəb oldu - FOTOLAR

Qazaxda güclü qar fəsadlara səbəb oldu - FOTOLAR
20 Yan 2026 10:13

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

News365.az-ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.


Sizin reklam burada
Sizin reklam burada