Qarlı hava şəraiti davam edir - Faktiki hava

Qarlı hava şəraiti davam edir - Faktiki hava
21 Fev 2025 15:46

Fevralın 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, ölkə ərazisində soyuq, qarlı hava şəraiti davam edir.

    Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi, Qubadlıda qar yağır.

    Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.



    Sizin reklam burada
    Sizin reklam burada