Qaradağda ağır qəza - Ölən və yaralananlar var

Qaradağda ağır qəza - Ölən və yaralananlar var
11 İyl 2026 20:40

Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

News365.az xəbər verir ki, qəza hadisəsi rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada