Qarabağla bağlı beynəlxalq təzyiqlər və Azərbaycanın mövqeyi

Qarabağla bağlı beynəlxalq təzyiqlər və Azərbaycanın mövqeyi
12:14

Beynəlxalq hüquq, Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Rasim Musabayov bu məsələlərlə bağlı beynəlxalq platformalarda yaşanan proseslərə və bəzi dövlətlərin mövqeyinə dair açıqlama verib. Deputat bildirib ki, uzun illər ərzində müxtəlif dairələr Azərbaycanın mövqeyinə təzyiq göstərməyə çalışsa da, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etməyə nail olub.

Rasim Musabəyov hesab edir ki, bəzi beynəlxalq dairələr uzun illər Azərbaycanı beynəlxalq hüquqa zidd güzəştlərə məcbur etməyə çalışıb.

Onun sözlərinə görə, məqsəd Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını müxtəlif yollarla qəbul etdirmək olub.


News365.az-a açıqlamasında millət vəkili bildirib ki, illər əvvəl beynəlxalq müzakirələrdə iştirak edərkən Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tam uyğun olduğunu müşahidə edib. O qeyd edib ki, buna baxmayaraq, müəyyən dairələr müxtəlif qərarlar və təşəbbüslərlə Azərbaycan torpaqlarının işğal faktını fərqli formada təqdim etməyə çalışırdı.

Rasim Musabəyovun sözlərinə görə, Azərbaycana təzyiq göstərilərək müəyyən razılaşmalara cəlb etmək cəhdləri olub:

“Bizi elə bir vəziyyətə gətirmək istəyirdilər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dolayısı ilə razılıq verək. Amma Azərbaycan buna getmədi”, – deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn verdiyi hüquqlardan istifadə edərək öz ərazi bütövlüyünü və suverenliyini təmin edib:

“Dövlətlərin öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gücdən istifadə hüququ var. Azərbaycan da bu hüquqdan istifadə edərək qarşısına qoyduğu məqsədə nail oldu”.

Rasim Musabəyov əlavə edib ki, hazırda bəzi ölkələr fərqli yanaşmalarla Qarabağ ermənilərinin geri qayıdışı məsələsini gündəmə gətirməyə çalışırlar. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisində yaşayan bütün insanların hüquq və təhlükəsizliyi qorunacaq.


Sizin reklam burada
Sizin reklam burada