Qarabağ Universiteti daha bir vəzifəyə işçi axtarır

Qarabağ Universiteti daha bir vəzifəyə işçi axtarır
19 Fev 2025 13:39

Qarabağ Universiteti İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis (Public relations specialist) vakansiyası elan edib.

Universitetdən News365.az-a verilən məlumata görə, işin təsviri aşağıdakı kimi qeyd olunub.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis şöbə müdirinin rəhbərliyi altında universitetin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin hazırlanması və həyata keçirilməsinə dəstək verməli,mətbuat konfransı, brifinq, eləcə də digər tədbirləri təşkil və koordinasiya etməli, media, dövlət qurumları və tərəfdaşlarla əlaqələrin qurulmasında iştirak etməli, mətbuatı gündəlik olaraq izləməli, mətnlərin KİV-də və universitetin sosial media hesablarında yerləşdirilməsinə nəzarət, media hesabatlarının hazırlanmasında iştirak etməli və digər inzibati tapşırıqları icra etməlidir.

Bu vəzifədə çalışmaq istəyənlər ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və ya müvafiq sahə üzrə bakalavr təhsilinə və bu sahədə minimum 3 il təcrübəyə malik olmalıdır.
Həmçinin rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarıqları, yerli media ilə yaxından tanışlıq, effektiv ünsiyyət və təşkilati bacarıqlar, Azərbaycan dilində səlis danışıq qabiliyyəti (ingilis dili biliyi üstünlükdür), operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı, tədqiqat və analitik təhlil bacarığı da tələblər sırasındadır.

Vakansiya üçün müraciət etmək istəyənlər tərcümeyi-hal, CV, ali təhsili təsdiq edən sənədlərin surəti, tövsiyə edən şəxslər barədə məlumatı (2 nəfər) təqdim etməlidirlər.
Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. 

Universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.

Müraciət üçün son tarix: 5 mart 2025-ci il
Elektron poçt ünvanı: [email protected]


Sizin reklam burada
Sizin reklam burada