Laboratoriyada edilən səhv nadir metalları əldə etməyin yeni yolunu açdı

Laboratoriyada edilən səhv nadir metalları əldə etməyin yeni yolunu açdı
22:59

Almaniyalı alimlər təsadüfi laboratoriya səhvi nəticəsində nadir metalları əvvəlkindən 10 dəfə daha güclü tutan xüsusi molekullar kəşf ediblər.

News365.az xəbər verir ki, Heinrich Heine Düsseldorf Universiteti və Helmholtz Mərkəzinin alimləri amin turşularından ibarət peptidlərin quruluşunu araşdırarkən maraqlı nəticə əldə ediblər.

Tədqiqat zamanı molekullardan birinin amin turşuları səhv ardıcıllıqla birləşdirilib. Alimlər əvvəlcə bunu laboratoriya xətası hesab etsələr də, sonradan həmin quruluşun nadir torpaq metalları ilə daha güclü əlaqə yaratdığını müəyyən ediblər.

Araşdırmaya görə, bu molekullar bəzi nadir metalları təbii quruluşlu analoqlarından təxminən 10 dəfə güclü saxlaya bilir.

Kəşfin köhnə smartfonların, batareyaların və külək turbinlərinin təkrar emalında, eləcə də qiymətli metalların daha ekoloji üsulla ayrılmasında istifadə oluna biləcəyi gözlənilir. Lakin texnologiyanın sənayedə tətbiqi üçün əlavə araşdırmalar tələb olunur. 


Sizin reklam burada
Sizin reklam burada