Putinlə şəxsən görüşməyə hazıram - Merz

Putinlə şəxsən görüşməyə hazıram - Merz
10 May 2025 18:45

Əgər belə bir zərurət yaranarsa, bu, müharibənin başa çatmasına kömək edərsə, mən çox şeyə hazıram. Amma hər şeydən əvvəl biz baxmalıyıq ki, bu həftəsonu atəşkəs məqsədinə nail ola biləcəyikmi?


News365.az xəbər verir ki, bunu Almaniyanın yeni kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüş ehtimalı ilə bağlı suala cavabında deyib.


Almaniya kanslerinin sözlərinə görə, Avropa ABŞ-la razılaşdırılmış şəkildə hərəkət edir və Ukraynada 30 günlük atəşkəs tələb edir.


“İndi top Putinin tərəfindədir. Bu təklifə cavab verməli olan Putin olmalıdır”, – deyə Merz bildirib


Sizin reklam burada
Sizin reklam burada