Avropa Komissiyasının sədri Ursula fon der Leyen diqqət çəkən açıqlamalar verib. Zeit nəşrinin yaydığı məlumata görə, o iddia edib ki, Rusiya gələcəkdə "genişlənə"cək.
"Putinlə bağlı təcrübəmizdən bilirik ki, o, fasilələr verə bilər. Lakin o, öz imperiya ambisiyalarından əl çəkməyəcək. Təəssüf ki, Putin bunu son illərdə təkrar-təkrar sübut edib", - Fon der Leyen deyib.
O, Ukraynanın müttəfiqlərinin Rusiyaya qarşı mübarizədə möhkəm dayanmasının olduqca vacib olduğunu deyib. Avropa Komissiyasının rəhbəri iddia edib ki, Rusiya prezidenti Kiyevə dəstəyin zəifləyəcəyini gözləyirmiş, lakin nəticədə bunun əksi baş verib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural