"Pulunuz hazır gəlir, xəbəriniz yoxdur ayın neçəsidir"- Jurnalistdən SƏRT TƏPKİ

"Pulunuz hazır gəlir, xəbəriniz yoxdur ayın neçəsidir"- Jurnalistdən SƏRT TƏPKİ
14:42

Son günlər bəzi televiziyaların efiri qeybət və söyük məkanına çevrilib. Özünü şou-biznes əhli adlandıranlar efirlərdə bir-birlərini ən ağır şəkildə təhqir edir, bir-birlərinə hərbə-zorba gəlirlər.

Təbii ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çoxluq teleefirlərin bu günə salınmasını bağışlanılmaz hesab edirlər.

Məsələ ilə bağlı jurnalist Elnurə Abışova da özünün sosial səifəsində bununla bağlı fikirlərini yazıb.

News365.az onun fikirlərini təqdim edir:

“Baxıram, İTV-də jurnalist və aparıcılar yığılıb "Sabaha saxlamayaq" verilişində digər həmkarlarını sərt tənqid edib. Xub...

Mənim də bayağı verilişlər barədə ayrıca yazım olacaq, mən də tənqiq edirəm, illərdir evdən yerli kanalları ləğv etmişəm, amma və lakin...

Verilişdəkilərə biraz ədalət, bir az da balanslı münasibət arzulayıram. AzTV və İTV büdcədən maliyyələşir, rahatlıqla işçilərini əməkhaqqı ilə təmin edir, bunu hamımız bilirik.

Dövlət Babanın büdcəsindən yeyib, kənardakıları asıb-kəsmək asandır, amma ədalətli deyil. Bu sözlərim onlayn media subyektlərinə və internet tv-lərə də aiddir.

Pulunuz hazır gəlir, xəbəriniz yoxdur ayın neçəsidir, bu o demək deyil ki, ayaqda durmağa çalışanları bəzən seçdikləri metod uyğun deyil deyə, baltalayasız. Balans saxlayın, müzakirələrə onları da çağırın, problemin həllinə birgə nail olmağa çalışın.

Bir də jurnalistlərin peşə etikası var, siz ki peşəkarsız, bunu bilirsiz. Axı qüsursuz tv yoxdu, onların da veriliş təşkil edib sizi hədəfə alacaq resusları var...

Burda məqsəd şəxsi mənafe yox, vətəndaş mövqeyi ortaya qoymaq olmalıdır. Nə vaxt ki, cəmiyyət olaraq dəyərlərimizi birgə qoruyacağıq, bu olacaq əsl iş, əsl vətəndaş mövqeyi”.

Bottom of Form

 

Top of Form

Bottom of Form

News365.az


Sizin reklam burada
Sizin reklam burada