Lor həkimi Ramil Həşimli sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.
O, Facebook hesabında paylaşdığı statusda yol hərəkəti zamanı qarşılaşdığı bir avtomobilin üzərində yazılmış “gəldin qızım” ifadəsinin onda güclü emosional təsir yaratdığını bildirib.
News365.az xəbər verir ki, Həkim qeyd edib ki, tıxacda həmin maşının arxasında hərəkət edərkən bu yazı onu illər öncəyə, övladının doğulduğu günə aparıb.
Ramil Həşimli yazır ki, 2006-cı il aprelin 5-də övladının dünyaya gəlişi həyatında unudulmaz anlardan biri olub və bu xatirə illər sonra belə kiçik bir detal sayəsində yenidən canlanıb. Onun sözlərinə görə, bu cür sadə və səmimi görüntülər insanın gündəlik stresini azaldaraq xoş emosiyalar yarada bilər.
Paylaşımında o, həmçinin vurğulayıb ki, həyatın kiçik anları belə insanlara sevinc bəxş etməyə qadirdir və bu cür pozitiv hisslərin cəmiyyətdə daha çox olmasını arzulayır.
Sonda Ramil Həşimli bütün uşaqların və ailələrin yalnız xoşbəxt anlarla yadda qalmasını diləyib.
News365.az