NATO böhranı iddiaları: Vaşinqtonun mövqeyi açıqlanıb

NATO böhranı iddiaları: Vaşinqtonun mövqeyi açıqlanıb
17:02

Siyasi şərhçi Turan Rzayev ABŞ-ın NATO-dan mümkün çıxışı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Onun sözlərinə görə, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kentin Vaşinqtonun NATO-dan ayrılmaq istəyi ilə bağlı açıqlaması real siyasi xətti əks etdirmir.

News365.az xəbər verir ki, Ekspert ABŞ xarici siyasəti fərdi bəyanatlar deyil, çoxsaylı institutlar, strateji maraqlar və uzunmüddətli planlar əsasında formalaşdığını vurğulayır.


Turan Rzayev qeyd edib ki, NATO ABŞ üçün təkcə hərbi ittifaq deyil, eyni zamanda qlobal təsir və təhlükəsizlik mexanizmi rolunu oynayır. Onun fikrincə, ABŞ-ın alyansdan çıxması yalnız ciddi struktur dəyişiklikləri və geniş siyasi razılaşma nəticəsində mümkün ola bilər.

Ekspert əlavə edib ki, son dövrlərdə Donald Trump tərəfindən NATO ilə bağlı səsləndirilən sərt bəyanatlar daha çox siyasi təzyiq xarakteri daşıyır. Onun məqsədi alyans daxilindəki ölkələrin müdafiə xərclərinə daha çox töhfə verməsini təmin etməkdir.

Rzayev bildirib ki, Türkiyəİsrail arasında münasibətlər tarixən dalğalı olub, lakin ABŞ bu iki ölkə arasında balans siyasətini qorumağa çalışır. Onun sözlərinə görə, Vaşinqtonun İsraili dəstəkləməsi Türkiyə ilə münasibətləri kəsməsi anlamına gəlmir.

Sonda politoloq qeyd edib ki, ABŞ-ın yalnız regional gərginliklərə görə NATO-dan çıxması real görünmür və bu məsələ daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada