“Moskva Köçəryanı geri qaytarmaq istəyir”

“Moskva Köçəryanı geri qaytarmaq istəyir”
16:28

“Robert Köçəryan Samvel Karapetyan və Qaqik Sarukyanın komandalarını tam nəzarət altına alıb”.

News365.az xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

“Bir çox insan söylədiklərimizə şübhə ilə yanaşır, Karapetyan, Sarukyan və digər müxalifət komandaları seçkilərdə səs toplayarsa, Köçəryan onların vahid baş nazir namizədi olacaq. Karapetyan və Sarukyanın dərc olunan seçki siyahıları Köçəryanın bu iki komanda üzərində tam nəzarəti ələ keçirdiyini açıq şəkildə göstərdi. Həm Karapetyan, həm də Sarukyanın siyahılarında ikinci yerdə Köçəryanın siyasi komanda yoldaşları və etibarlı şəxsləri olan Vardevanyan və Tevanyan gəlir.

Rusiyanın əsas namizədi Köçəryan olduğundan, həmçinin Karapetyan və Sarukyanın komandalarını idarəolunan etmək problemi də olduğundan Moskvanın dəstəyi ilə Köçəryan etibarlı iki adamını həmin komandalara göndərdi və onları ikinci yerə qoydu”, - ekspert bildirib.

Arakelyanın fikrincə, Karapetyan-Sarukyan bu konfiqurasiya ilə təlimatı birbaşa Köçəryandan alacaqlar, ikinci də öz addımlarını Kremllə koordinasiya edəcək: “Bu, Köçəryanı geri qaytarmaq və Ermənistanın boynuna kəndir kimi dolamaq istədikləri plandır”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./Teleqraf 


Sizin reklam burada
Sizin reklam burada