Elnur Allahverdiyev dələduzluğu- “Kontakt Home”-dəki faizlər necə təşkil edilir?

Elnur Allahverdiyev dələduzluğu- “Kontakt Home”-dəki faizlər necə təşkil edilir?
14:22


Son günlər sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edənlərin sayı artmaqdadır.

News365.az xəbər verir ki, “TikTok”da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi “Kontakt Home” tərəfindən aldadıldığını qeyd edib.

O bildirib ki, 2025-ci il dekabrın 31-i aldığı “iPhone” telefonu ilə birlikdə onun USB və şarj başlığını kreditlə götürüb. Buna baxmayaraq, artıq 1 aydır ki, qutunun içində qadına satılan USB naqili işləmir. Yaranan problemlə əlaqədar “Kontakt”ın qaynar xəttinə müraciət edib. Şirkətin əməkdaşları qadın müştərini “Kontakt”ın əməkdaşlıq etdiyi servizə yönəldib. Servisdə isə USB naqili analiz edilməyib və müştəriyə şarj cihazının başlığını təmir edə biləcəklərini, USB-ni qəbul etməyəcəklərini bildiriblər. Müştəri yenidən “Kontakt”ın qaynar xətti ilə əlaqə saxlayıb və servisin məhsulu təmirə qəbul etmədiyini bildirib. Şirkətdən qadına verilən cavab isə “yalnız telefona zəmanət verilir, aksesuara yox” olub. Qadın paylaşdığı videoda qeyd edib ki, USB-nin saxta olması dəqiqdir, çünki “Apple” şirkətinə məxsus bütün USB naqilləri yumşaqlığı və elastikliyi ilə seçildiyi halda, ona verilən naqil sərtdir. O məhsulu qutusunda aldığı üçün bu məsələyə diqqət etməyib. Xanım videodan sonra ona “Kontakt Home”dan əlaqə vasitələri və digər şəxsi məlumatlar istədiyini bildirib.

O vurğulayıb ki, “Kontakt”ın müraciətinə baxmayaraq, hələ də yaranan problem həllini tapmayıb.

Xanımın videosunun altına rəy yazan vətəndaşlar da “Kontakt Home” şirkətinin müştərilərini ilk dəfə aldatmadığını, belə halların dəfələrlə baş verdiyini qeyd edib.

Redaksiyadan: Elnur Allahverdiyev təkcə sadə vətəndaşlara deyil, eyni zamanda Qarabağ müharibəsi qazisinin övladına da faizlər tətbiq etdirir. Demək olar ki, götürülən telefonun müəyyən olunan vəsaiti tam ödənilsə də, təqribi 300-400 AZN “yubanma” adı altında gündəlik faizlə borc bitmək bilmir. Dəfələrlə sabiq millət vəkili Elnur Allahverdiyevlə əlaqə saxlanılmasına baxmayaraq, gündə bir nömrə dəyişən sabiq deputatla əlaqə qurmaq mümkün olmur.

Qeyd edək ki, Elnur Allahverdiyev millət vəkili olduğu dönəmdə hakim Yeni Azərbaycan Partiyasının baş katibi olmaq eşqinə düşmüşdü. Amma onun belə bir arzuda olduğu bilinəndə, ciddi xəbərdarlıqlarla bu arzusu reallaşmadı. Vətəninfo.az


Sizin reklam burada
Sizin reklam burada