İrana hücum yenidən başlayacaq?

İrana hücum yenidən başlayacaq?
14:56

“İran İslamabaddakı danışıqların ABŞ-nin vaxt qazanmaq və hücuma hazırlaşmaq üçün vasitə ola biləcəyini istisna etmir”.

News365.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi deyib.

“Bəlkə də bu danışıqlar daha çox vaxt qazanmaq, özünü yeniləmək və İrana növbəti hücum üçün daha hazırlıqlı olmaq üçün vasitədir. Əlbəttə, bizimlə ABŞ arasında heç bir etimad yoxdur”, - o bildirib.

İlahi həmçinin qeyd edib ki, İran Vaşinqtonun niyyətlərindən şübhələnsə də, gözlənilən danışıqların uğurla başa çatacağına və hərtərəfli razılaşmanın bağlanacağına ümid edir:

“Hərtərəfli atəşkəsə nail olmaq, uğurlu razılaşmaya gəlmək istəyirik. Buna nail olmağa çalışırıq. Amma şübhələr var, çünki arada etibar yoxdur. Ümid edirik ki, istədiklərini edə bilmədiklərini başa düşüblər”.


Sizin reklam burada
Sizin reklam burada