Məşhur aktyorun evindən narkotik tapıldı

Məşhur aktyorun evindən narkotik tapıldı
16:10

Türkiyədə məşhurlara qarşı aparılan qadağan olunmuş maddələrlə bağlı istintaq çərçivəsində yeni bir məlumat yayılıb.

News365.az xəbər verir ki, aktyor Burak Deniz saxlanılan zaman evində axtarış aparılıb. Bu zaman aktyorun mənzilindən 1 qram çəkidə narkotik aşkarlanıb.

Qeyd edək ki, sonuncu əməliyyat zamanı 14 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 11-i nəzarətə götürülsə də, birinin xarici ölkədə olduğu bildirilib. Digər 2 şəxsin saxlanılması istiqamətində işlər isə davam edir./Axşam.az


Sizin reklam burada
Sizin reklam burada