Psixatriya xəstəxanasında dəhşət: - Tibb bacısını vurub qaçdı - VİDEO

Psixatriya xəstəxanasında dəhşət: - Tibb bacısını vurub qaçdı - VİDEO
10:00

Rusiyada təhlükəli psixi xəstə xüsusi rejimli psixatriya xəstəxanasından qaça bilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk üzrə regional idarəsi Telegram kanalındakı hesabında məlumat yayıb. Qeyd edilib ki, hadisə İrkutskda baş verib və kişi qohumları ilə görüşmək istədiyi üçün psixiatriya xəstəxanasından qaçıb. 

Xəstənin müəssisənin ərazisini tərk etdiyini görən tibb müəssisəsinin əməkdaşları polisə müraciət ediblər. 

"Məcburi müalicə alan şəxs işçilərlə mübahisə edib, tibb bacılarından birinə qarşı fiziki güc tətbiq edib, qapını təpikləyərək sındırıb və qaçıb.

O, qaçdıqdan 3 saat sonra yaxalanıb. Gənc əməlini polisə belə izah edib ki, İrkutskda yaşayan qohumları ilə görüşmək istədiyi üçün xəstəxananı tərk edib. Kişi tibb müəssisəsinə qaytarılıb", - məlumatda qeyd edilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada