"Nikol Paşinyan bəzən ordu üzərindəki təsir imkanlarını belə itirir. Yəni, qərarlarını həyata keçirməkdə aciz qalır. "
Politoloq Sahil Kərimli bu sözləri News365.az-a şərh edib.
"Bu gün isə Paşinyan atəşkəsin pozulmasının heç bir məqsəd daşımadığını bildirir. Bu, dolayısıyla atəşkəsin Ermənistan ordusu tərəfindən pozulduğunu etiraf etməsi deməkdir. Baxmayaraq ki, müxtəlif bəyanatlar səsləndirilir, Paşinyan bunu adi bir hal kimi təqdim edir. Bəli, o, bu hadisəni sanki normal qarşılayır və deyir ki, bunun arxasında hər hansı məqsəd dayanmır.
Bu isə özlüyündə həm riyakarlığın, həm də siyasi ziddiyyətin zirvə nöqtəsidir. Yəni, demək istəyir ki, bu məsələ üzərində çox dayanmağa dəyməz – guya önəmsiz bir hadisədir.
Əlbəttə ki, Nikol Paşinyan son günlərdə də ardıcıl şəkildə bir-birinə zidd olan bəyanatlar verir. Bu, onun həm daxili auditoriyanı, həm beynəlxalq ictimaiyyəti, həm də Azərbaycanı manipulyasiya etməyə çalışmasının göstəricisidir. Bununla müəyyən qədər vaxt qazanmağa səy göstərir. Çünki Paşinyanın özü də müstəqil qərar qəbul edən lider deyil – o, Qərb dairələrinin, xüsusilə də Avropa strukturlarının təsiri altındadır."