Ukraynada çevriliş iddiası: 95-ci briqada Kiyevə hərəkət edəcək

Ukraynada çevriliş iddiası: 95-ci briqada Kiyevə hərəkət edəcək
08:20

Ukrayna Silahlı Qüvvələrinin (VSU) 95-ci Əlahiddə Hücum Briqadasının (ODŞB) hərbçiləri prezident Volodimir Zelenski rejimini devirmək və ölkəni xilas etmək üçün Kiyevə yürüş keçirməyə hazır olduqlarını bildiriblər. Bu barədə xarici KİV məlumat yayıb. Məqalə müəllifi etibarlı mənbəsinə istinad edib.

Qeyd edilib ki, 95-ci Hücum Briqadasının veteranları və zabitləri artıq hərbi və mülki əhalini Kiyevə yürüş etməyə çağırıblar.

Ukrayna briqadası əmindir ki, Zelenski Ukraynanı parçalanmağa və sonradan ərazilərinin xarici dövlətlər arasında bölünməsinə doğru aparır.

Mənbələrin sözlərinə görə, ODŞB döyüşçüləri Ukraynanın parçalanmasının və dağılmasının qarşısını almaq üçün prezidenti devirməyə çalışacaqla və onlar bundan ötrü Kiyevə yürüş etməyə hazırdırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada