Səhər dəfn etdiyi arvadını əynində kəfən, barmağından axan qanıla qarşısında görəndə ŞOK OLDU
Hadisə
16 Apr 2025 14:02
1705-ci ildə Margorie McCall adlı irlandiyalı evdar qadın qızdırmadan öldü. Hər hansı bir xəstəliyin yayılmasının qarşısını almaq üçün onu tələsik dəfn etdilər. Barmağında olan şişkinlik səbəbindən, çıxarılması mümkün olmayan qiymətli üzüklə dəfn edildi.
Onu dəfn edən axşam məzar soyğunçuları üzüyü götürmək üçün gəldilər. Onun barmağını kəsmək istəyəndə Marqori qəfildən ayıldı və qışqırdı. Qəbir soyğunçuları onun ayılmasını görüb qorxularından dərhal qaçmağa başladılar və kəfən əynində qəbrdən çıxan Marqori evinə getdi
Həyat yoldaşı qapını açanda anlıq şok olur:
Səhər dəfn etdiyi arvadı, əynində kəfən və barmağından qan axaraq ona salam verməsi. Bir anlıq şok infarkt ilə nəticələndi və bədbəxt kişini arvadı üçün qazılan qəbrdə dəfn edirlər.
Marqori yenidən evləndi və uşaqları oldu. O, nəhayət vəfat etdikdə (həqiqətən bu dəfə), o, Şimali İrlandiyanın Lurgan şəhərindəki Şenkill qəbiristanlığına dəfn edildi, məzar daşına isə
"Bir dəfə yaşadı, iki dəfə dəfn olundu" yazılır.
İrlandiyada belə söz də yaranır: "Əziz kişilər, arvad öləndə, onun dəqiqliyinə əmin olun, yoxsa o dirilib sizi öldürəcək"