Ukraynada gərgin döyüşlər davam edir. Viktor adlı Uqledar sakini Rusiya mediasına açıqlamasında iddia edib ki, 2023-cü ildə şəhərdə Ukrayna Silahlı Qüvvələrinin (VSU) tərkibində ərəb muzdluları görüb.
"Bəli, ərəblər 2023-cü ildə var idi. Biz binanın girişinin yanında dayanmışdıq və ərazidən iki nəfər keçirdi. Onlar hərbi formada idilər və canavar kimi bizə baxırdılar. Salam vermirdik. Çünki kim bilir, onların beynində nələr var",-o deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural