Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü
16 Apr 2025 15:06

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması üçün məhkəməyə müraciət edilib.

News365.az xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata verilib.

    Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

    Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.


    Sizin reklam burada
    Sizin reklam burada