Yeni nazir müavinləri TƏYİN EDİLDİ

Yeni nazir müavinləri TƏYİN EDİLDİ
16 Apr 2025 16:23

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub.

News365.az xəbər verir ki, bu vəzifələrə Vüsal Zakir oğlu Nəsirli və Hidayət Kaviz oğlu Abdullayev gətiriliblər.

Hidayət Abdullayev 2011-ci ildən Azərbaycan İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub.

Vüsal Nəsirli isə 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada