Nyu-Yorkun Comex birjasında qızılın qiyməti 2% bahalaşaraq 1 troya unsiyası üçün 3300 dollara çatıb. Bu, yeni tarixi rekorddur. Xarici KİV-in yaydığı məlumata görə, iyun qızıl fyuçerslərinin qiyməti 61,22 dollar (əvvəlki bağlanışla müqayisədə +1,89%) artaraq 1 troy unsiyası üçün 3 301,62 dollar olub.
May fyuçersləri bir unsiya üçün 32,455 dollara (+0,49%) yüksəlib.
"Aprelin 3-də də Comex-də qızılın qiyməti yeni tarixi rekorda imza atmışdı. Ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçers ilk dəfə olaraq bir troy unsiyası (31,1 qram) üçün 3201,6 dollara çatıb.
Bunun ardınca Rusiyanın qızıl ehtiyatlarının dəyəri də rekord qıraraq 229 milyard dollara çatıb", -"Qazeta" nəşri yazıb.
Tural