Şabranda çay daşıb, sakinlər təxliyə edilib

Şabranda çay daşıb, sakinlər təxliyə edilib
16 Apr 2025 14:40

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

News365.az xəbər verir ki, hadisə Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib. İntensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

    Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

    Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.


    Sizin reklam burada
    Sizin reklam burada