Mirzoyandan Bayramovla Antalyadakı görüşünə MÜNASİBƏT

Mirzoyandan Bayramovla Antalyadakı görüşünə MÜNASİBƏT
16 Apr 2025 14:03

“Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı”.

News365.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında deyib.

    “Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Antaliyadakı görüşdə bir qədər irəli addımlamağa çalışdıq. Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır”, - o əlavə edib.



    Sizin reklam burada
    Sizin reklam burada