Çinə qarşı iqtisadi izolyasiya planı işə düşür - “The Wall Street Journal”

Çinə qarşı iqtisadi izolyasiya planı işə düşür -  “The Wall Street Journal”
09:10

Amerika Birləşmiş Ştatları "Tramp tarifləri"nin azaldılması müqabilində tərəfdaş ölkələrə Çinlə iqtisadi və ticarət əməkdaşlığını azaltmağı təklif etmək niyyətindədir. Bu barədə “The Wall Street Journal” yazıb. Nəşr Vaşinqtonun məlum planları ilə tanış olan mənbələrə istinad edib.

Nəşrin məlumatına görə, Amerika tərəfi 70-dən çox ölkəni Çin şirkətlərinə onların istehsal və ticarət strukturlarını öz ərazilərində yerləşdirməyi qadağan etməyə, habelə Çin məhsullarının təkrar ixracının qarşısını almağa inandırmağa ümid edir. Bundan başqa, ABŞ Çindən kütləvi şəkildə ucuz sənaye mallarının idxalına qarşıdır.

 “The Wall Street Journal”ın məlumatına görə, planın təşəbbüskarlarından biri ABŞ-nin maliyyə naziri Skot Bessent olub. Aprelin 6-da o, müvafiq strategiyanı prezident Donald Trampa təqdim edib. Bessentin fikrincə, bu təşəbbüsün həyata keçirilməsi Çinin iqtisadi mövqeyini zəiflədəcək, onun təsir gücünü məhdudlaşdıracaq və Pekini güzəştə getməyə məcbur edəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada